Ukraynanın Putinin həbsi ilə bağlı Monqolustana müraciətinə Kremldən REAKSİYA

Hazırda oxunan: Ukraynanın Putinin həbsi ilə bağlı Monqolustana müraciətinə Kremldən REAKSİYA

209165

Xəbər verdiyimiz kimi Ukrayna XİN Monqolustana ölkə hakimiyyətinin Putinin həbsi və Haaqa məhkəməsinə çıxarılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məcburi orderini icra etməklə bağlı müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Kreml Putinin mümkün həbsi ilə bağlı heç bir narahatlıq bildirməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI


Prezidentin mətbuat katibi Dmitri Peskov məsələni belə şərh edib: "Monqolustandakı dostlarımızla əla dialoqumuz var. Səfərin bütün detalları diqqətlə hazırlanıb”.

Qeyd edək ki,  Putin sentyabrın 3-də Monqolustana səfər etməyi planlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin