Ukrayna Monqolustanı Rusiya Prezidenti Vladimir Putini həbs etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Ukrayna XİN Monqolustana ölkə hakimiyyətinin Putinin həbsi və Haaqa məhkəməsinə çıxarılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məcburi orderini icra etməklə bağlı müraciət ünvanlayıb.
“Putin BCM-nin həbs qərarı verdikdən sonra ilk dəfə olaraq məhkəmənin yurisdiksiyasını tanıyan bir ölkəyə - Monqolustana səfər edəcək. Kiyev bu əmrə məhəl qoymamaqda israr edir. Kreml məhkəmə qərarlarını etibarsız hesab edir.
Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanıyır və buna görə də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi icra etməyə borcludur. Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında cavab verməlidir", - Ukrayna XİN-nin bəyanatında deyilir.
Qeyd edək ki, Putin sentyabrın 3-də Monqolustana səfər etməyi planlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:31 / 30.08.2024
Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI
Hazırda oxunan: Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI
Hazırda oxunan: Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI
Ukrayna, Monqolustanı Putinin həbs edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin müraciət etməyə çağırır. Putin Monqolustana səfər planlaşdırır. Ukrayna XİN-nin bəyanatı əsasında detallar.
209162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.