Telegram və digər platformaları tənzimləyən qanun layihəsi yaxın bir ay ərzində baxılmaq üçün Ukrayna parlamentinə təqdim olunacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı deputatlar avqustun 29-da Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsinin iclasında qəbul ediblər.
Buna səbəb “Telegram” sosial şəbəkəsinin Rusiya tərəfindən maliyyələşdirilməsi iddiaları olub.
Ali Məclisin Mədəniyyət Siyasəti üzrə Alt Komitəsinin sədri Nikolay Kniajitskii bildirib ki, bu sosial şəbəkə dövlət təhlükəsizliyinə ciddi problem yaradır.
“Telegram Rusiyanın əsas hərbi messenceridir və onların pulu ilə mailiyyələşdirilir. Buna görə də Rusiya xüsusi xidmət orqanları bizim, ordumuzun məlumatlarına çıxışı əldə edə bilir. Durov həm də rusiyalı oliqarxdır. Hökumətin icazəsi olmadan bu ölkədə varlı olmaq mümkün deyil. Bu faktları nəzərə alaraq biz öz təhlükəsizliyimiz üçün daha məsuliyyətli olmalıyıq və dövlət səviyyəsində lazımi qanunları vaxtında qəbul etməliyik. Onlayn platformaların tənzimlənməsinə dair qanun layihəsi Telegramla bağlı deyil, milli təhlükəsizliklə bağlıdır”, - sədr vurğulayıb.
Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Təhlil və Sosioloji Tədqiqatlar Mərkəzinin (CISR) “Ukrainian Youth Today”də təqdim edilən araşdırmasına görə, ukraynalı gənclərin demək olar ki, 70%-i Telegram-dan xəbərləri əldə etmək üçün istifadə edir. Bütövlükdə Ukraynada bu faiz 80%-ə çatır.
Qeyd edək ki, bu il martın 25-də Ali Rada Ukraynada “Telegram”ın tənzimlənməsinə dair 11115 saylı qanun layihəsini qeydə alıb. Qanun layihəsində messencerin bloklanması nəzərdə tutulmur.
Xatırladaq ki, “Telegram”ın yaradıcısı, proqramçı və sahibkar Pavel Durov avqustun 24-də axşam Bakıdan qayıdarkən Paris hava limanında saxlanılıb.
Fransa prokurorluğu Durovula bağlı 12 fərqli ittiham irəli sürüb. Hazırda o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Bizim.Media