Okeanda Olimpdən daha hündür dağ tapıldı – FOTO

Hazırda oxunan: Okeanda Olimpdən daha hündür dağ tapıldı – FOTO

208967

Araşdırmaçılar Çili yaxınlığındakı okeanda Olimp dağından daha hündür dəniz dağı kəş ediblər. 

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə Kaliforniyadakı Şmidt Okean İnstitutunun rəhbərlik etdiyi okeanoqraflar məlumat verib. 

Bildirilib ki, Sakit Okeanda, Çili sahillərindən 1,448 km aralıda yerləşən dəniz dağının hündürlüyü 3,109 metrdir. Bu dağ dünyanın ən hündür binası olan Bürc Xəlifə ilə müqayisədə 4 dəfə daha yüksəkdir. 

“Süngər bağları”na, qədim mərcanlara və nadir dəniz növlərinə ev sahibliyi edən sualtı dağ dəniz dağları silsiləsinin bir hissəsidir.  

Okeanoqraflar dağın ətrafında ilk dəfə çəkilmiş kalamar növü də kəşf ediblər. 

Qeyd edilib ki, okeanlarda hazırda hündürlüyü 1000 metrdən daha yüksək olan yüz mindən çox dəniz dağı mövcuddur. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin