İstanbulun Küçükçekmece bölgəsində metrobusların toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 38 nəfər yaralanıb. Qəza səbəbindən metrobus yolunda hər iki istiqamətdə uzun müddət xidmətlər dayandırılıb. Hadisəni törədən sürücülərdən biri saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "trthaber.com" saytı yayıb.
Mənbə qeyd edir ki, Beylikdüzü istiqamətində hərəkət edən metrobus Sefaköy ərazisində idarəetmədən çıxaraq qarşı tərəfdən gələn metrobuslə toqquşub. Metrobus daha sonra sürüşərək baryerlərə çırpılıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib.
Xilasetmə qrupları metrobusun altında qalan 2 nəfəri xilas edib. Yaralılar sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıb.
Qəzaya uğrayan metrobusların şüşələrinin sındığı, ön və daxili hissələrinin zədələndiyi müşahidə edilib.
Bu arada qəzadan xəsarət almadan xilas olan sərnişinlər metrobus yolundan keçərək dayanacaqlara çatmağa çalışırlar.
Qəza səbəbindən metrobus yolunda hər iki istiqamətdə gedişlər həyata keçirilə bilməyib, nəticədə uzun nəqliyyat növbəsi və sərnişin sıxlığı yaranıb.
Qəza ilə bağlı Küçükçekmece Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:46 / 29.08.2024
İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO
Hazırda oxunan: İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO
Hazırda oxunan: İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO
İstanbulda metrobus qəzaya uğradı - 10 nəfər xəsarət alıb
208917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.