Ukrayna Rusiyaya bu dronlarla hücum edir – FOTO

Hazırda oxunan: Ukrayna Rusiyaya bu dronlarla hücum edir – FOTO

Ukrayna, Rusiya ilə müharibədə Qərbdən dəstək alaraq dronlar vasitəsi ilə hücum edir. NATO tərəfindən dronların istifadəsinə icazə verilməməsi isə qeyd olunur. Ukrayna şirkətləri dronları yüz minlərlə dollara istehsal edir və Rusiya texnologiyasına zərbə endirir. Dronlar, hava qüvvələri bazaları, neft və sursat anbarları hədəf götürür. Rusiya isə dronları məhv etmək üçün milyonlarla dollarlıq müdafiə raketlərindən istifadə edir.
208902

Qərbin texnologiyası və maliyyə dəstəyi Ukraynaya Rusiyanı dronlar vasitəsi ilə vurmağa kömək edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “BBC”nin məqaləsində qeyd olunub. 

Məlumatda bildirilib ki, NATO qüvvələri hələ də qərb texnologiyası olan dronların Ukrayna tərəfindən müharibədə istifadəsinə icazə verməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Rostov vilayətində neft anbarına hücum etdi - VİDEO


Buna görə də, Ukrayna şirkətləri indi Qərbdən maliyyə dəstəyi alaraq onun texnologiyasına oxşar yüzlərlə silahlı birtərəfli hücum dronları istehsal edir. Onların hədəflərinə hava qüvvələri bazaları, neft və sursat anbarları və komanda mərkəzləri daxildir. 

Həmin şirkətlərdən biri “BBC”-yə bildirib ki, yerli istehsalat nisbətən kiçik bir xərclə artıq Rusiyanın müharibə iqtisadiyyatına xeyli zərbə endirib. 

Əlavə edilib ki, dronlar Ukraynanın mebel fabriklərində taxtadan hazırlanır. Hətta onlar yerli rəhbərlər tərəfindən “uçan mebel” adlandırılıb. Onun istehsalı bir neçə min dollara başa gəlir. Lakin, dronu vurmaq üçün istifadə edilən Rusiya hava hücumundan müdafiə raketinin qiymətinin 1 milyon dollardan çox olduğu iddia edilir.  

Onu da qeyd edək ki, bu dronlar 1000 km məsafədən hədəfi təyin edə bilir. Onların bir qismi Moskva səmasına qədər irəlilədikdən sonra məhv edilə bilib. 

Qərbin şübhələrinə baxmayaraq, Ukrayna Rusiyaya qarşı hücumlarını gücləndirməyi planlaşdırır. "İndi gördükləriniz ilin sonuna qədər görəcəklərinizlə müqayisədə heç nəyə bənzəmir”, - mənbə bildirib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin