Ukraynanın hədəfi BƏLLİ OLDU – Rusiyaya hansı “sürpriz” HAZIRLANIR?

Hazırda oxunan: Ukraynanın hədəfi BƏLLİ OLDU – Rusiyaya hansı “sürpriz” HAZIRLANIR?

Ukrayna, Rusiyanın kütləvi raket atəşinə layiqli cavab hazırlayır. Ukrayna Prezidenti Zelenski, Rusiyaya cavab verməyə hazır olduklarını bildirib. Mövzuya dair hərbi ekspert Ədalət Verdiyev Krım körpüsünü Ukraynanın prioritet hədəfi kimi işarələyib və Rusiya-Ukrayna müharibəsində Azərbaycanın rolu haqqında təhlil vermişdir.

208816

Ukrayna Rusiyanın kütləvi raket atəşinə layiqli cavab hazırlayır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

"Bu gün mən bu günə Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski ilə təkbətək uzunmüddətli söhbətlə başladım. Biz həm bu raket zərbəsini dəf etməyə, həm də Rusiyaya cavab verməyə hazırlaşırıq", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində Rusiya Ukrayna ərazisini kütləvi şəkildə raket atəşinə tutub. Nəticədə ölkənin bir çox şəhərləri bu hücuma məruz qalıb.

Görəsən, Kursk əməliyyatından sonra Ukrayna Rusiyaya bu dəfə hansı “sürpriz”i hazırlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, hazırda Kiyevin Rusiya tərəfinə əks-zərbə vurmaq üçün seçdiyi prioritet hədəfi Krım körpüsüdür:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna müharibəsində sülhün açarı Azərbaycandadır? – TƏHLİL


“Kiyev Rusiyanın Kursk vilayətində 1300 kv-km. ərazini və 100-dən artıq yaşayış məntəqəsini tutduqdan sonra Moskva Ukraynaya cavab zərbələrini kifayət qədər intensivləşdirib. Təbii ki, Ukrayna da Rusiya zərbələrinə cavab verməlidir. Cavab reaksiyası olmasa, Rusiyanın Ukraynanın mülki və energetika infrastrukturuna endirdiyi zərbələrin miqyası daha da arta bilər.

Yaranmış vəziyyətdə Kiyevin bu cür bəyanatlarla çıxışlarını dəfələrlə izləmişik. 2022-ci ilin oktyabrından sonrakı dövrdə dəfələrlə Ukrayna hərbi-siyasi rəhbərlərinin Krım körpüsünü sıradan çıxarmaqla bağlı bəyanatlarının şahidi olmuşuq. Amma hələ də buna nail ola bilməyiblər.

Zaman-zaman zərbələrə məruz qalsa da, bu Krım körpüsündə hərəkətin tam dayandırılmasına gətirib çıxarmayıb. Bu məsələ həll edilməyənə qədər Ukrayna ərazisinə PUA və raket hücumunun ardı-arası kəsilməyəcək. Kiyev istiqamətinə zərbələr də əsasən məhz Krımdan endirilir.

Bu əsasda rəsmi Kiyev Prezident səviyyəsində əks-zərbələrin anonsunu verirsə, Ukrayna ordusu ilk növbədə Krım körpüsü və Şərq sərhədinə yaxın ərazidəki Rusiya hərbi bazaları, energetika infrastrukturu, neft bazaları və digər loqistik məntəqələri sıradan çıxara bilər. Amma prioritet hədəf Krım körpüsüdür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin