"Cümhuriyyət" qəzeti məlumatlı mənbələrə istinadən yazır ki, Türkiyə Yunanıstan aviasiyası üzərində üstünlük qazanmaq üçün ABŞ-dan yeni nəsil F-35 qırıcıları almaq istəyir.
Bizim.Media xəbər verir ki, nəşrin məlumatına görə, Ankara F-35-lərin tədarükü proqramına qayıtmaq üçün aparılan danışıqlar zamanı Vaşinqtona bildirib ki, hərbi təyyarələri əldə edəndən sonra Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini işə salmayacaq.
Nəşr qeyd edir ki, Türkiyə bu kompleksləri Rusiya Federasiyasından 2,5 milyard dollara alıb, lakin onlar heç vaxt istifadəyə edilməyib və hələ də Türkiyənin anbarlarında saxlanılır.
Amerikanın Ankaradakı səfirliyinin yüksək vəzifəli nümayəndəsi bu məlumatı təkzib etməyib.
“İndi top Türkiyənin meydançasındadır, onlar F-35-in alınması üçün tələbləri yaxşı bilirlər”, o, nəşrlə söhbətində deyib.
Xatırladaq ki, 2017-ci ildə Moskva və Ankara S-400 sistemlərinin tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə bağladılar və Vaşinqton bu sövdələşmənin qarşısını almağa çalışdı və hətta Türkiyəni ən son F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırdı. Lakin bu da kömək etmədi: raket sistemləri Türkiyəyə 2019-cu ilin yayında çatdırıldı.
2022-ci ilin martında Reuters məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ Türkiyə ilə qeyri-rəsmi olaraq Rusiya S-400-lərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edib.
Vaşinqton Ankaranı F-35 tədarükü proqramına qaytaracağına söz verib, lakin sonda tərəflər bu məsələdə heç bir razılığa gəlməyiblər. Agentliyin məlumatına görə, Türkiyə Rusiya ilə münasibətləri korlamaq istəmədiyi üçün ABŞ-ın təklifini yersiz hesab edib.
Ötən may ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir variantın həqiqətən də müzakirə olunduğunu təsdiqləsə də, Ankara Vaşinqtonun təklifindən imtina edib.
“Vaşinqtona cavab verdik ki, bu, mümkün deyil. Biz bunu özümüz üçün almışıq”, - deyə diplomat bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:44 / 28.08.2024
F-35 yoxsa S-400? - Türkiyə seçimini etdi
Hazırda oxunan: F-35 yoxsa S-400? - Türkiyə seçimini etdi
Hazırda oxunan: F-35 yoxsa S-400? - Türkiyə seçimini etdi
208809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.