BƏƏ və Fransa Durovun telefonundan informasiya oğurlayıb?

Hazırda oxunan: BƏƏ və Fransa Durovun telefonundan informasiya oğurlayıb?

208766

BƏƏ və Fransanın xüsusi xidmət orqanları hələ 2017-ci ildə Telegram-ın həmtəsisçisi Pavel Durovun telefonuna daxil olaraq bir çox informasiyaları ələ keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, “Bənövşəyi musiqi” (Purple Music) adlanan əməliyyat Parisin narahatlığı fonunda baş tutub. Belə ki, rəsmi Parisin fikrincə, İŞİD terror təşkilatı insanları öz tərəfinə çəkmək və hücumlar planlaşdırmaq üçün Telegram-dan istifadə edir.

Nəşrin mənbələri bildirirlər ki, Durovun şirkəti uzun müddət çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymayıb.

Telegram isə bu ittihamla bağlı deyib ki, messencerin fəaliyyəti Avropa Rəqəmsal Xidmətlər Aktının müddəalarına zidd deyil.

WSJ-nin məlumatına görə, hazırda Durovun telefonunun "sındırılmasının" onun Parisdə həbsi ilə əlaqəli olduğuna dair heç bir əlamət yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin