İyunun 13-də keçirilməsi nəzərdə tutulan Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna və ya təxirə salına bilər.
Bizim.Media xəbər verir ki, Türkiyədə koronavirusla bağlı vəziyyətin ağır olması Formula 1 rəhbərliyini çətin vəziyyətə salıb.
Böyük Britaniya hökümətinin koronavirusa görə Türkiyəni “qırmızı zona”ya salması vəziyyəti çətinləşdirib. Britaniyaya gələnlər “qırmızı zona” ölkələrindən geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır ki, bu da britaniyalı Formula 1 funksionerlərinin planlarına daxil deyil. Yeni qanunda idmançılara güzəşt nəzərə alınmayıb.
Formula 1 komandalarından 7-sinin bazası Böyük Britaniyadadır. Almaniya mətbuatının yazdığına görə, hazırda Formula 1 rəhbərliyi bir neçə variant haqda fikirləşir.
Hətta Azərbaycanla Türkiyə Qran-Prisinin yerlərinin dəyişdirilməsi də müzakirə olunur. Türkiyə Qran-Prisi ümumiyyətlə ləğv edilsə, onun yerinə yarış İtaliyadakı Mucella avtodromunda təşkil edilə bilər. Hətta Almaniyanın Hokkehaym avtodromunun da adı variantlardan biri kimi səslənir.
Türkiyə Qran-Prisi bu mövsüm ləğv olunan Kanadadakı yarışın yerinə təqvimə salınıb.
Yaxın vaxtlarda Formula 1 rəhbərliyinin məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. (AZƏRTAC)
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 11.05.2021
Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
Hazırda oxunan: Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
Hazırda oxunan: Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
20863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.