Fransalı politoloqdan XƏBƏRDARLIQ: “Rusiya Durovun həbsinə görə QİSAS ALACAQ” – ÖZƏL

Hazırda oxunan: Fransalı politoloqdan XƏBƏRDARLIQ: “Rusiya Durovun həbsinə görə QİSAS ALACAQ” – ÖZƏL

Fransalı politoloqun sözlərinə görə, Rusiya Pavel Durovun həbsinə görə qisas almaq istəyə bilər və bu, Fransa-Rusiya münasibətlərinə mənfi təsir edə bilər. Durovun həbsi platformaların zərərli istismarının qarşısını almaq üçün zəruridir və ifadə azadlığı ilə zərərli məzmunun tənzimlənməsi arasında gərginliyi nümayiş etdirir.
208588

“Durovun həbsinin Fransa-Rusiya münasibətlərinə təsirini nəzərdən qaçırmaq olmaz”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Fransanın Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib. "Telegram" messencerinin həmtəsisçisi Pavel Durovun həbsini şərh edən Asas, bunun Rusiya-Fransa münasibətlərinə mənfi təsir edəcəyinə diqqət çəkib.

Gərginlik artacaq...

“Beynəlxalq münasibətlər nöqteyi-nəzərindən bu hadisə Rusiya ilə Fransa arasında gərginliyi daha da artıra bilər. Moskva Durovun həbsini öz maraqlarına qarşı hücum kimi qiymətləndirə bilər və bu, potensial olaraq diplomatik və ya iqtisadi qisasla nəticələnə bilər”, - deyə N.Asas bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Durovun köməkçisi və mühafizəçisi Parisdə sərbəst buraxıldı


Asas vurğulayıb ki, Durovun həbsi ifadə azadlığı baxımından da bir çoxları tərəfindən qəbuledilməz hesab edilir:

“Etik baxımdan Durovun həbsi ifadə azadlığı ilə zərərli məzmunun tənzimlənməsi zərurəti arasındakı gərginliyin göstəricisidir. Rəqəmsal azadlıq tərəfdarları bu həbsi açıq ünsiyyət üçün təhlükə kimi görə bilər, digərləri isə platformaların zərərli aktorlar tərəfindən istismarının qarşısını almaq üçün tənzimləmənin zəruri olduğunu iddia edirlər”, - deyə N.Asas əlavə edib.

Qeyd edək ki, “Telegram” messencerinin təsisçisi Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. İddialara görə, o, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.

Tehran Orucoğlu, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin