Mask Durovun həbsi ilə bağlı Makrona müraciət etdi - FOTO

Hazırda oxunan: Mask Durovun həbsi ilə bağlı Makrona müraciət etdi - FOTO

Mask Durovun həbsi ilə bağlı Makrona müraciət etdi - FOTO Amerikalı sahibkar İlon Mask Telegram messencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
208575

Amerikalı sahibkar İlon Mask Telegram messencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı Fransa prezidenti Emmanuel Makrona müraciət edib.

Bizim.Media xəbər verir ki, X sosial şəbəkəsində dərc olunan mesajda prezidentin insanlara həbsin səbəblərini izah etməsi istənilib. 

“Durovun niyə həbs edildiyi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumat əldə etməsi faydalı olardı”, - deyə Mask yazıb. 

Xatırladaq ki, Telegram messencerinin təsisçisi Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Yerli mətbuatın məlumatına görə, Fransa vətəndaşlığı da olan iş adamı axtarışda olub. 

İddialara görə, o, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin