Aİ “Telegram” ətrafında cərəyan edən vəziyyəti izləyir - Fransaya TƏKLİF

Hazırda oxunan: Aİ “Telegram” ətrafında cərəyan edən vəziyyəti izləyir - Fransaya TƏKLİF

Avropa Komissiyası, Fransa ilə birlikdə “Telegram” ətrafında cərəyan edən vəziyyəti izləməyə hazırdır. Bu, Aİ qanunlarına və ittifaq ölkələrinin hakimiyyət orqanları ilə əməkdaşlıq tələbləri ilə bağlıdır. Pavel Durovun saxlanması ilə əlaqədar suallara cavab verməkdən imtina edən Avropa Komissiyası, rəqəmsal xidmətlər haqqında qanun təkliflərinin sərtləşdirilməsini də dəstəkləyir.
208515

Avropa İttifaqı (Aİ) “Telegram” ətrafında cərəyan edən vəziyyəti izləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Fransa hakimiyyəti ilə bu məsələnin araşdırılması istiqamətində əməkdaşlığa hazırdır.

Bildirilib ki, “Telegram” da digər onlayn platformalar kimi, Aİ qanunlarına, o cümlədən ittifaq ölkələrinin hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə borcludur.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası Pavel Durovun saxlanması ilə bağlı suallara cavab verməkdən imtina etmişdi Üstəlik, Aİ-də rəqəmsal xidmətlər haqqında qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış edən, o cümlədən media məzmunlu platformalar üçün tələbləri sərtləşdirən də elə məhz Avropa Komissiyası olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin