Umerov: ”Ukrayna Rusiyanın bugünkü kütləvi hücumuna cavab hazırlayır”

Hazırda oxunan: Umerov: ”Ukrayna Rusiyanın bugünkü kütləvi hücumuna cavab hazırlayır”

208484

Ukrayna Rusiyanın bügünkü kütləvi hücumuna qarşılıq olaraq cavab tədbirləri hazırlayır. 

Bizim.Media xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Rustem Umerov “Facebook” hesabında yazıb. 

"Bu gecə Rusiya şəhərlərimizi yenidən vurdu. Dinc sakinlər yaralandı, evlər dağıldı, mühüm infrastruktura ziyan dəydi. Bu bir daha sübut edir ki, qalib gəlmək üçün bizə uzaq məsafəli imkanlar və düşmənin hərbi obyektlərinə zərbələr endirməkdə məhdudiyyətlərin aradan qaldırılması lazımdır. Ukrayna cavab tədbirləri hazırlayır", - Umerov vurğulayıb. 

Qeyd edək ki, bu gün Rusiya Ukraynaya böyük hava hücumu həyata keçirib. Rusiya ordusu Ukrayna ərazisinə onlarla raket və PUA atıb.

Bu atəşə görə Ukraynanın bir neçə şəhərində elektrik enerjisi kəsilib və bu da suyun kəsilməsi ilə nəticələnib. 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukrayna ərazisinə yüzdən çox müxtəlif tipli raket və yüzə yaxın “Şahed” dronu atıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin