Oğru girdiyi mənzildə kitab oxudu, qaçmağı unutdu - DETALLAR

Hazırda oxunan: Oğru girdiyi mənzildə kitab oxudu, qaçmağı unutdu - DETALLAR

208410

İntellektual oğru soyğun zamanı kitab oxumaq qərarına gəlib və nəticədə mənzil sahibi tərəfindən tutulub. İndi kitabın müəllifi oğru ilə görüşməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC yayıb.

Mənbə qeyd edir ki, hadisə İtaliyanın paytaxtı Roma şəhərində olub. 38 yaşlı oğru mənzilə soxularaq ev sahibinin əşyalarını çantaya yığıb.

Lakin bu zaman Govanni Nuccinin “Tanrılar altıda: İliada” kitabı onun diqqətini çəkib. Soyğunçu mifologiyaya aid kitabı oxumağa başı o qədər qarışıb ki, mənzilin 71 yaşlı sahibinin necə yuxudan oyandığını və polisə müraciət etdiyini hiss etməyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunu saxlayıblar.
 

Kitabın müəllifi baş verənlərdən xəbər tutub və oğru ilə görüşmək istəyib. O narahat olub ki, oğru kitabı heç vaxt sonadək oxuya bilməyəcək. 


Sonradan məlum olub ki, Nucci oğurluq yerindən 300 metr aralıda yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin