"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın "LCI" xəbər kanalı məlumat yayıb.
Milyarder Fransaya şəxsi təyyarəsi ilə gəlib.
O, bu axşam hakim qarşısına çıxmalıdır. Mümkün ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.
Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Durov 2021-ci ildən Fransa vətəndaşlığı alıb.
Bizim.Media