İran qrupları Bayden və Trampla əlaqəli şəxslərin WhatsApp hesablarını hədəfə alıb - META

Hazırda oxunan: İran qrupları Bayden və Trampla əlaqəli şəxslərin WhatsApp hesablarını hədəfə alıb - META

208172

Meta korparasiyası ABŞ prezidenti Co Bayden administrasiyası və prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın komandası ilə əlaqəli bəzi şəxslərin WhatsApp hesablarının “İran qrupları” tərəfindən hədəf alındığını açıqlayıb.

Yaxın Şərqdə, ABŞ və Böyük Britaniyada olduğu kimi Meta-nın rəqəmsal ünsiyyət tətbiqi WhatsApp-dakı "zərərli hesablar"la bağlı verdiyi açıqlamada, "İran mərkəzli" qrupların Tramp komandası və Bayden administrasiyası ilə əlaqəli bəzi şəxslərin WhatsApp hesablarını da hədəf almağa çalışdığı bildirilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada hədəflənmiş hesabların ələ keçirildiyinə dair heç bir dəlil olmadığı, müxtəlif texnologiya şirkətləri adından dəstək işçiləri kimi çıxış edən qrupun hesablarının bağlandığı bildirilib.

Trampın seçkiqabağı e-poçtlarına hücum olduğu iddia edilir

Trampın seçki kampaniyası komandasının avqustun 11-də verdiyi açıqlamada e-poçt ünvanlarına hücum edildiyi və həssas məzmunlu kampaniyadaxili sənədlərə hücuma görə İranın məsuliyyət daşıdığı iddia edilib.

Avqustun 20-də Federal Təhqiqat Bürosunun (FTB) Milli Kəşfiyyat Direktoru Ofisi və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizlik Agentliyi ilə birgə yaydığı bəyanatda, “ABŞ kəşfiyyatı əmindir ki, iranlılar birbaşa çıxışı olan insanlarla əlaqə saxlamağa çalışırlar.

Bəyanatda İranın seçkinin nəticələrinə təsir göstərməyə çalışdığı iddia edilsə də, bu cür fəaliyyətlərin ilk dəfə həyata keçirilmədiyi və FTB-nin uzun müddətdir ki, bununla bağlı araşdırmalarını davam etdirdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin