Lukaşenko Ukraynanı Müstəqillik Günündə sülhə ÇAĞIRIB

Hazırda oxunan: Lukaşenko Ukraynanı Müstəqillik Günündə sülhə ÇAĞIRIB

208170

“Ukrayna hakimiyyəti slavyan xalqlarının gələcək nəsilləri naminə sülh dilində danışmağa başlamalıdır”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə müraciət edib.

Onun sözlərinə görə, indiki çətin şəraitdə slavyan xalqlarının hazırki və gələcək nəsilləri naminə sülh dilində danışmaq nəinki mümkün, hətta zəruridir. “Başqa alternativ yoxdur”, deyə Lukaşenko təbrik məktubunda qeyd edib.

Belarus lideri onu da qeyd edib ki, Minsk öz növbəsində regionda təhlükəsizliyin mümkün qədər tez təmin olunması üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, Lukaşenko daha əvvəlki açıqlamalarından birində qeyd etmişdi ki, ukraynalılar Qərbdə heç kimə lazım olmadığını anlayanda ruslar və belaruslarla bir yerdə olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin