Rusiya ABŞ-ı 4 gündə 6 milyard dollar çökdürdü – BAYDEN ŞOKDA  

Hazırda oxunan: Rusiya ABŞ-ı 4 gündə 6 milyard dollar çökdürdü – BAYDEN ŞOKDA  

20815

ABŞ höküməti həftəsonu günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücumun Rusiya hakerləri tərəfindən törədildiyindən şübhələnir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yüksək çinli məmur CNN-ə hakerlərin Rusiya ilə əlaqəsi olduğu şübhəsindən danışıb.

NBC kanalının mənbələri isə hücumun hansısa bir dövlət tərəfindən deyil,  bir qrup cinayətkar haker qruplaşması tərəfindən törədildiyini bildirdib.

“Washington Pos” və “Bloomberg” hücumun Şərqi Avropadan olan “DarkSide” qruplaşma üzvləri tərəfindən edildiyini qeyd edib.

Prezident Bayden isə  ABŞ-ın hücumun arxasında Moskvanın olduğuna dair bir dəlil olmadığını söyləyib. Ancaq o, bildirib ki, hakerlərin Rusiya ərazisində olduğu haqda bəzi məlumatlar var. Bu səbəbdən də "Rusiyanın da bu işdə məsuliyyəti var",- deyə o, qeyd edib.

Xatırladaq ki, həftəsonu ABŞ-ın cənubundan Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb. Vurulan ziyan təxminən 4 gündə 6 milyard dollara qədər hesablanır.

Kəmərin operatoru ABŞ iqtisadiyyatının ən vacib infrastrukturlarından birinə müdaxilənin qarşısını almaq üçün sistemi tamamilə dayandırmalı olub.

ABŞ hökuməti problemi aradan qaldırmaq və kəskin mənfi nəticələrin qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib. Hazırda operator şirkət, ABŞ Nəqliyyat Nazirliyi və Federal Təhqiqatlar Bürosu kiberhücumun mənbəyini araşdırır və proqram təminatına haker sızmalarının təmizlənməsi ilə məşğuldur.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin