Rusiyada Buryatiya Respublikasının Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, yerli “Şulon do”x9d kafesində eyni gündə ayrı-ayrı vaxtlarda nahar edən 100-dən çox adamın halı pisləşib.
Onlar xəstəxanada müayinə edildikdən sonra məlum olub ki, kütləvi zəhərlənməyə səbəb salmonellez infeksiyası olub.
Son məlumata görə, zəhərlənənlərin sayı 150 nəfərə çatıb. Onlardan 64-ünün vəziyyəti ağırdır. Hazırda kafe bağlanıb.
İlkin məlumata görə, kafedə zəhərlənənlərin hamısı orada sezar salatı yeyib. Faktla bağlı cinayət işi qaldırılıb.

































































































