Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib – FOTO

Hazırda oxunan: Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib – FOTO

208045

İndiki konstitusiya öz mənasını itirib. 

Bizim.Media “CNN Türk”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu" çıxışı əsasında yazdığı kitabının “Ön söz” bölməsində qeyd edib. 
 

Mövcud konstitusiyanın ruhunu və mənasını itirmiş mətn kimi xarakterizə edən Ərdoğan, yeni konstitusiyanın liberal olacağını və cəmiyyətin bütün təbəqələrini əhatə edəcəyini bildirib.  


“1982-ci il konstitusiyasının yerinə 100 illik cümhuriyyətimizin təcrübələrindən istifadə edərək yeni konstitusiya yaratmağın və ölkəmizi gələcəyə hazırlamağın vaxtıdır. Bu yeni konstitusiya cəmiyyətin bütün təbəqələrini bərabərlikçi, liberter və ədalətə əsaslanan bir anlayışla əhatə edəcək və millətimizin gələcəyi üçün son dərəcə əhəmiyyətli rol oynayacaq”, - Türkiyə Prezidenti bildirib. 

Ərdoğan konstitusiyanın şüarının “Azadlıqçı və bütün təbəqələri əhatə edəcək” olduğunu da qeyd edib. 

O, əlavə edib ki, regionda və dünyada önəmli rol oynayan Türkiyə hazırkı konstitusiyaya layiq deyil: “Zamanın ruhuna uyğun, cəmiyyətə dinamika qazandıran, Türkiyəyə layiq, demokratik konstitusiyaya ehtiyac var”. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin