Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko ermənilərin daha bir yalanını ifşa edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Mənim Erməni diaspor liderlərinin övladlarından kimin Qarabağ cəbhəsində vuruşduğu barədə “Facebook”da onlara etdiyim müraciətim cavabsız qaldı."
"Əvəzində ancaq təhqir və söyüşlər aldım. Vəziyyət olduğu kimi qalıb: Özləri Qarabağda vuruşmağa getmirlər, ancaq Rusiyanı orada döyüşməyə çağırırlar”,- deyə, jurnalist qeyd edib.
Erməniləri lağa qoyan Korotçenko, onların işğal etdikləri ərazilərdə döyüşə bilmədiklərinə eyham vuraraq, Azərbaycanla sülh imzalamağı tövsiyə edib:
“Əgər Ermənistan 90-cı illərdə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş müstəqil bir ölkədirsə, onda gedin bu müharibədə özünüz mübarizə aparın və bu əraziləri qoruyun."
"Yox əgər bu əraziləri qoruya bilmirsinizsə, o zaman BMT-nin Dağlıq Qarabağa dair məlum 4 qətnamələrinin şərtləri ilə Azərbaycanla sülh imzalayın. Yeri gəlmişkən, bir zamanlar rəsmi Yerevan yeni bir müharibə olarsa, erməni ordusunun Bakıya çatacağı barədə açıqlama vermişdi. Belədirsə, irəli gedin!”
Korotçenko bir daha ermənilərin terrorizmə verdiyi dəstəyi, Rusiyaya qarşı etdikləri saysız-hesabsız səhv addımlarını sadalayaraq, Rusiyadan kömək ummamağa çağırıb:
“Serj Sarkisyanın hakimiyyətində korrupsiya, Hitlerin şəriki Qareqin Njdenin İrəvanın mərkəzindəki abidəsi, postsovet məkanındakı ən böyük ABŞ səfirliyi, "rəngli inqilab", Paşinyan və onu soros tərəfdaşları, ölkədə saysız-hesabsız ABŞ təşkilatları, KTMT-yə arxa çevirmək(Xaçaturov işi), Ermənistanda rus kanallarına qoyulan qadağa, rus işadamını təqib, rusiyapərəst siyasətçilərin və Ermənistan Konstitusiya Məhkəməsinin təmizlənməsi – bunların hamısını edən siz özünüzsünüz!"
"Əziz ermənilər, sizin uğursuzluqlarınızda ruslar deyil, özünüz günahkarsınız”,- deyə o, qeyd edib."
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
22:23 / 05.11.2020
Rusiyalı jurnalistdən ermənilərə cavab – “Gedin, özünüz vuruşun!”
Hazırda oxunan: Rusiyalı jurnalistdən ermənilərə cavab – “Gedin, özünüz vuruşun!”
Hazırda oxunan: Rusiyalı jurnalistdən ermənilərə cavab – “Gedin, özünüz vuruşun!”
2080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.