Zukerberqin dediyi söz, onu 3 milyard dollar ziyana saldı

Hazırda oxunan: Zukerberqin dediyi söz, onu 3 milyard dollar ziyana saldı

207874
Mark Sukerberqin “Facebook”x9dun xəbər lentinə ediləcək dəyişikliklər barədədə verdiyi məlumat, onu 2.9 milyard dollar ziyana salıb.

Bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunur ki, Sukerberqin rəhbəri olduğu şirkətin aksiyaları 3.9 faiz ucuzlaşıb. Beləliklə də, onun sərvəti 77.3 milyard dollardan 74.4 milyard dollara düşüb.

Xatırladaq ki, Mark Sukerberq öz sosial hesabında bildirib ki, “Facebook”x9d sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.

“Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”x9d, ”“ deyə məlumatda bildirilir.

O, həmçinin əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək.

Sukerberq həmçinin xatırladıb ki, “Facebook”x9d insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin