Ukrayna Rusiya ilə bağlılığı olan kilsələrin fəaliyyətini QADAĞAN ETDİ – FOTO

Hazırda oxunan: Ukrayna Rusiya ilə bağlılığı olan kilsələrin fəaliyyətini QADAĞAN ETDİ – FOTO

207663

Ukrayna hökuməti Rusiyanın genişmiqyaslı işğalında ortaq olmaqla ittiham etdiyi “Ukrayna Pravoslav Kilsəsi”ni hədəf alaraq Moskva ilə əlaqəli dini qrupların fəaliyyətini qadağan edən qanun qəbul edib.

Bizim.Media “Al Jazeera”yə istinadən xəbər verir ki, Ukrayna Milli Məclisi 265 səslə bu qanunu qəbul edib.

Deputat İrina Heraşçenko bunun səbəbinin milli təhlükəsizlik məsələsi olduğunu bildirib.

“Bu, tarixi səsvermədir. Parlament işğalçı ölkənin Ukraynadakı yeparxiyasının fəaliyyətini qadağan edən qanunu təsdiqlədi”, – o, Telegram-da yazıb.

Moskvadakı Rus Pravoslav Kilsəsi ilə müttəfiq olan Ukrayna Pravoslav Kilsəsi 2022-ci ilin fevral işğalından sonra Moskva ilə əlaqələrini kəsdiyini deyib. Lakin Kiyev bu iddianı şübhə altına alıb və kilsənin din xadimlərinə qarşı dövlətə xəyanət ittihamı da daxil olmaqla, onlarla cinayət işi açıb. Haqqında iş cinayət işi açılan bir nəfər məhbus mübadiləsi çərçivəsində Rusiyaya göndərilib.

Prezident Vladimir Zelenski səsverməni Ukraynanın “mənəvi müstəqilliyini” gücləndirmək üçün atılan addım kimi qiymətləndirib.

Rusiya bu addımı “bütün pravoslavlığa qarşı güclü zərbə” kimi pisləyib. Ukraynayanın bu davranışını “müqəddəs müharibə”yə səbəb kimi adlandırıb.

Qeyd edək ki, qanun layihəsinin yaxın günlərdə qüvvəyə minməsi gözlənilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin