ABŞ prezidentliyinə namizəd Kamala Harris “FoxNew”-da keçirilməsi nəzərdə tutlan prezidentliyə namizədlərin debatında iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə digər namizəd Donald Tramp “Truth Social” platformasında məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Kamala Harris 4 sentyabrda “FoxNews”da keçirilməsi nəzərdə tutulan prezidentliyə namizədlərin debatında iştirak etməyəcəyini özü bildirib.
“Bu hadisə məndə təəccüb doğurmadı. Çünki, hiss edirəm ki, o (Kamala – red.) özünü və ideyalarını müdafiə etməyin necə çətin olacağını bilir. İnandığı hər şeyin: “Pensilvaniyada frekinq olmayacaq” (Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu – red.) fikrinin, dəhşətli çıxışında səsləndirdiyi sərhəd haqqında dediklərinin sınaqdan keçirilməmiş boş nəzəriyyələr olduğunu özü də bilir”.
Tramp onu da qeyd edib ki, həmin gün nəzərdə tutulmuş debatın əvəzinə o, seçicilərin suallarını cavablandıracaq.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:43 / 20.08.2024
Kamala Harris prezidentliyə namizədlərin debatında iştirak etməyəcək? - FOTO
Hazırda oxunan: Kamala Harris prezidentliyə namizədlərin debatında iştirak etməyəcək? - FOTO
Hazırda oxunan: Kamala Harris prezidentliyə namizədlərin debatında iştirak etməyəcək? - FOTO
207471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.