Maduro Venesuelada faşizmə qarşı mübarizənin ümumdünya konqresini təşkil etmək istəyir

Hazırda oxunan: Maduro Venesuelada faşizmə qarşı mübarizənin ümumdünya konqresini təşkil etmək istəyir

207456

Venesuela Prezidenti Nikolas Maduro ölkəsində faşizmə qarşı mübarizənin ümumdünya konqresini təşkil etmək niyyətindədir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maduro yerli jurnalistlərə açıqlamasında bildirib.

“Mən bütün qitələrdən olan nümayəndələrin iştirakı ilə faşizmə və neofaşizmə qarşı böyük dünya konqresi çağırmağı təklif edirəm. Biz burada, Venesuelada faşizmlə mübarizənin dünya mərkəzini yaradacağıq", - deyə o vurğulayıb.

Venesuela prezidentinin sözlərinə görə, konqresə dünyanın hər yerindən siyasətçilər, ictimai xadimlər, elm və incəsənət xadimləri dəvət edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin