Makron impiçmentlə hədələndi: "Ölkəyə rəhbərlik edə bilməz"

Hazırda oxunan: Makron impiçmentlə hədələndi: "Ölkəyə rəhbərlik edə bilməz"

207322

“Əyilməz Fransa” siyasi partiyası Prezident Emmanuel Makronu impiçment proseduruna başlamaqla hədələyib.

Bizim.Media xəbər verir ki, partiyanın üzvləri Emmanuel Makronu iyulda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığı və sosialist siyasi qüvvələrin irəli sürdükləri namizədi Baş nazir təyin etməkdən imtina etdiyi üçün onu demokratiyaya zərbə vurmaqda, həmçinin dövlət çevrilişinə cəhddə günahlandırıraq, ona qarşı impiçment proseduru başlamaqla hədələyiblər.

“Emmanuel Makron bilməlidir ki, o, bizi demokratiyanın təməl qaydasına qarşı atdığı pis addıma tabe etdirə bilməyəcək və onun istefa verməsi üçün bütün konstitusion vasitələrdən istifadə olunacaq. Fransada yeganə hakim xalqın səsidir”, - deyə partiyanın deputatları mətbuata açıqlamassında qeyd ediblər. 

Onlar bildirirlər ki, dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi dəyərləndirilə bilər.

Buna görə də onlar Konstitusiyanın 68-ci maddəsinə istinad edirlər ki, bu maddə də parlamentə Prezidenti mandatı ilə açıq şəkildə uyğun gəlməyən vəzifələri yerinə yetirdiyinə görə vəzifədən azad etməyə imkan verir.
 

Xatırladaq ki, E. Makronun partiyası parlament seçkilərində iflasa uğrayandan sonra seçicilərin səsinin əksəriyyətini toplamış “Əyilməz Fransa” partiyasının qələbəsini tanımayıb. Həmçinin o, idarə etmək üçün Assambleyada kifayət qədər çoxluğa qazana bilməyəcəyini anlayaraq, Yeni Xalq Cəbhəsi (NFP) qrupunun nümayəndəsi Lusi Kastetin Baş nazir təyin olunmasını rədd edib.


Emmanuel Makron seçkilərdən demək olar ay yarım sonra hökuməti formalaşdırmaq üçün avqustun 23-də siyasi qüvvələrin rəhbərləri ilə görüşəcək.

Fransanın Baş naziri vəzifəsinə namizəd kimi Ksavye Bertran (Xavier Bertrand) və hətta keçmiş sosialist baş nazir Bernar Kaznövün (Bernard Cazeneuve) adları səsləndirilir.

Qeyd edək ki, bu yaxınlarda keçirilən sosial sorğu fransalıların 57 faizinin dövlət başçısının istefaya getməsini istədiyini göstərdi. Hətta onun “Renaissance” partiyasının tərəfdarlarının 30 faizi hesab edir ki, seçkilərdə məğlubiyyət səbəbindən və Baş nazirin siyasi opponentlər düşərgəsindən təyin olunacağı təqdirdə, Makron ölkəyə rəhbərlik edə bilməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin