"Bəziləri sanksiyalar və təzyiqlərlə İran millətini və inkişaf planlarını dayandıra biləcəklərinə kor-koranə inanırdılar. Terrorçu bir hökumətin tətbiq etdiyi sanksiya və təzyiqlərə baxmayaraq bu böyük addımları atmağı bacardıq".
Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bu sözləri Prezident Həsən Ruhani, İran körfəzindən ölkənin səhra bölgələrinə suyun ötürülməsi üçün hazırlanan layihənin açılış mərasimində çıxış edərkən bildirib.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiya siyasətinə diqqət çəkən Ruhani, Tramp rəhbərliyinin İran tarixində ən çətin dövr olduğunu bildirib:
"Xalqın və hökumətin üç ildir qarşılaşdığı çətinliklərin İran tarixində bənzəri yoxdur. Ağ Evdəki o bəy epidemiya dövründə belə sanksiyaları və iqtisadi müharibəni artırdı. Humanitar prinsiplərə, insan haqlarına və beynəlxalq qaydalara əməl etmədi, amma nəticədə xalqımızın qələbə qazanacağına əminəm".
Ruhani ABŞ-da keçirilən prezident seçkilərinin onlara maraqlı olmadığını deyib.
"ABŞ-dakı seçkilərin nəticələri bu gecə və ya sabah bəlli olacaq. ABŞ rəhbərliyinin kimin əlinə keçməsindən asılı olmayaraq İranın səbri və müqaviməti, ictimai təzyiq və beynəlxalq qanunların qarşısında təslim olmaqdan başqa yolu yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:11 / 05.11.2020
H.Ruhani:Tramp hakimiyyəti bizə ən ağır günləri yaşatdı
Hazırda oxunan: H.Ruhani:Tramp hakimiyyəti bizə ən ağır günləri yaşatdı
Hazırda oxunan: H.Ruhani:Tramp hakimiyyəti bizə ən ağır günləri yaşatdı
2073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.