Qəzza ilə bağlı danışıqların Doha raundu BAŞA ÇATDI

Hazırda oxunan: Qəzza ilə bağlı danışıqların Doha raundu BAŞA ÇATDI

206986

Qəzza üzrə danışıqların Doha raundu yekunlaşıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, danışıqlar ciddi, konstruktiv və müsbət mühitdə keçib. Bəyanata əsasən tərəflər Qəzzada müharibəyə son qoymaq üçün razılığa gəlmək ümidi ilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər.

Bildirilib ki, texniki qruplar yaxın günlərdə Vaşinqtonun təklif etdiyi yeni razılaşmanın həyata keçirilməsinin təfərrüatları üzərində işləməyə davam edəcəklər.

Qeyd edək ki, danışıqlarda Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edib. Lakin görüşə HAMAS nümayəndələri qatılmayıb.

Xatırladaq ki, ötən gündən Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin