Həftəsonu baş verən kiberhücum ABŞ-ı silkələyib. ABŞ-ın cənubundan Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb.
Kəmərin operatoru ABŞ iqtisadiyyatının ən vacib infrastrukturlarından birinə müdaxilənin qarşısını almaq üçün sistemi tamamilə dayandırmalı olub.
ABŞ hökuməti problemi aradan qaldırmaq və kəskin mənfi nəticələrin qarşısını almaq üçün dünən axşam fövqəladə vəziyyət elan edib. Hazırda operator şirkət, ABŞ Nəqliyyat Nazirliyi və Federal Təhqiqatlar Bürosu kiberhücumun mənbəyini araşdırır və proqram təminatına haker sızmalarının təmizlənməsi ilə məşğuldur. Lakin boru kəmərinin nə vaxt fəaliyyətini bərpa etməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Ekspertlər anbarlarda olan yanacaq ehtiyatlarının tələbatı qısa müddətə ödəyəcəyini, lakin sistemin fəaliyyəti yeni iş həftəsinin ilk günlərində bərpa olunmasa, benzin və dizel qiymətlərinin kəskin artacağını bildirir.
Bazar günü axşam benzin qiymətləri 4% bahalaşıb, daha sonra 2% aşağı düşərək, hazırda bir qallon üçün 2,16 dollar təşkil edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:06 / 10.05.2021
ABŞ-a qarşı növbəti hücum - FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU
Hazırda oxunan: ABŞ-a qarşı növbəti hücum - FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU
Hazırda oxunan: ABŞ-a qarşı növbəti hücum - FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU
20693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.