Polşa Prezidenti Andjey Duda sərhədçilərə qeyri-qanuni miqrantlara atəş açmağa icazə verib.
Bizim.Media kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə prezident ofisinin rəhbəri Malqojata Paprotska mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.
Sənəddən aydın olur ki, polyak sərhədçilər müəyyən şərtlər altında silah və ya digər birbaşa məcburetmə vasitələrindən istifadə etdikləri üçün cinayət məsuliyyətindən azad edilirlər.
"Prezident Andjey Duda sərhəddə əsgərlərin və digər xidmət əməkdaşlarının fəaliyyətinin dəstəklənməsi haqqında qanunu imzaladı", - deyə Paprotska vurğulayıb.
O, əlavə edib ki, yeni qanun dövlət sərhədini daha səmərəli qorumağa və polyak əsgərlərinin təhlükəsizliyini artırmağa imkan verəcək.
Bizim.Media