Qardaş ölkə 5-ci nəsil döyüş təyyarələri istehsal edəcək

Hazırda oxunan: Qardaş ölkə 5-ci nəsil döyüş təyyarələri istehsal edəcək

20681

Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) milli döyüş təyyarəsi istehsal etmək istiqamətində fəaliyyətini genişləndirib. Bunun üçün təyyarənin ehtiyat hissələrini və mühüm avadanlıqlarının istehsalı ilə məşğul olan qurumlarla əməkdaşlıq ediləcək.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyədə milli döyüş təyyarəsinin istehsalı 2030-cu ilə planlaşdırılıb.

Bildirilir ki, bu sahədə ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) imkanlarından istifadə olunacaq.

Bu istiqamətdə cari ildə TUSAŞ və ASELSAN arasında anlaşma imzalanacağı gözlənilir. Qeyd edilir ki, Türkiyə tam elektron sistemlərlə təchiz olunacaq 5-ci nəsil hərbi döyük təyyarəsi düzəldən ölkələr arasında yer alacaq. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin