Belqorod vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bunu vilayətin qubernatorru Vyaçeslav Qladkov deyib.
Onun sözlərinə görə, vilayətdə vəziyyət son dərəcə mürəkkəb və gərgindir:
"Gələcəkdə fövqəladə vəziyyət rejimi federal səviyyəyə qaldırıla bilər".
Qubernator qeyd edib ki, təşəbbüs Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovdan gəlib.
Vyaçeslav Qladkov bildirib ki, vilayətin Şebekino şəhərində Ukraynaya məxsus pilotsuz uçan aparat təcili yardımın tibb işçilərini yaralayıb:
"Ümumilikdə dörd nəfər xəsarət alıb. Onlardan ikisi təcili yardımın işçiləri olub. Basqından sonra şəhərdə iki mənzil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb.
Gecə saatlarında Ukrayna PUA-ları Belqorod vilayətinin iki kəndinə də hücum edib. Otradnoyedə fərdi yaşayış evinə ciddi ziyan dəyib. İki avtomobil yanıb. Petrovka kəndində üç evə, bir avtomobilə və elektrik xəttinə ziyan dəyib. Kəndin küçələrindən biri işıqsız qalıb".
Xatırladaq ki, analoji tədbirlər ötən cümə günü Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması ilə avqustun 6-dan döyüşlərin davam etdiyi Kursk vilayətində də həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:37 / 15.08.2024
Belqorod vilayətininin qubernatoru həyəcan təbili çaldı: "Vəziyyət gərgindir" - VİDEO
Hazırda oxunan: Belqorod vilayətininin qubernatoru həyəcan təbili çaldı: "Vəziyyət gərgindir" - VİDEO
Hazırda oxunan: Belqorod vilayətininin qubernatoru həyəcan təbili çaldı: "Vəziyyət gərgindir" - VİDEO
206784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.