"Şimal axını" qaz kəmərlərinin partladılmasına Zelenski razılıq veribmiş

Hazırda oxunan: "Şimal axını" qaz kəmərlərinin partladılmasına Zelenski razılıq veribmiş

206746

Ukrayna prezidenti Volodimir Zelenski "Şimal axını” qaz kəmərlərini partladılması planından xəbəri olub və ilkin olaraq buna razılıq verib. 

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal”a təxribatın təşkilində iştirak edən dörd həmsöhbət bildirib.

Onların sözlərinə görə, əməliyyat 2022-ci ilin mayında Rusiyanın hərbi təcavüzünə cavab olaraq düşünülüb. 2022-ci ilin may ayında bir neçə yüksək rütbəli ukraynalı zabit və iş adamı bir araya gələrək ölkələrinin Rusiya hücumunu dayandırmaqda heyrətamiz uğurunu qeyd etmək qərarına gəliblər. Alkoqol və vətənpərvərlik şövqünün təsiri altında kimsə növbəti radikal addımı – "Şimal axını”nın məhvini təklif edib.  

Onun həyata keçirilməsinə Ukrayna ordusu cavabdeh olmalı idi, Ukrayna Müdafiə Nazirliyində bunun üçün vəsait (300.000 ABŞ dolları) olmadığından maliyyələşdirməni iş adamları öz üzərinə götürməli idi. Əməliyyata Ukrayna Silahlı Qüvvələrinin o vaxtkı baş komandanı, general Valeri Zalujnı rəhbərlik edib. 

WSJ həmsöhbətlərinin aydınlaşdırdığı kimi, Zelenski təxribat planını heç bir sənəd imzalamadan şifahi şəkildə təsdiqləyib. Lakin bir ay sonra Niderlandın hərbi kəşfiyyatı Kiyevin niyyətlərindən xəbərdər olub və bu barədə məlumatları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) ötürüb. Amerika rəsmiləri Ukrayna hakimiyyətinin planı barədə dərhal Almaniyaya məlumat veriblər. 

Mərkəzi Kəşfiyyat İdarəsi həmçinin Ukrayna prezidentinin ofisindən təxribat hazırlamağı dayandırmağı tələb edib. Zelenski də dərhal Zalujniyə əməliyyatı dayandırmağı əmr edib,  lakin o, WSJ mənbələrinə görə, prezidentə tabe olmayıb.  

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı təxribat törətmək üçün Rusiyaya qarşı "riskli məxfi missiyaların” təşkilində artıq təcrübəyə malik xüsusi təyinatlı zabitləri cəlb edib. Bu zabitlər arasında Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş polkovniki Roman Çervinski də var. Sonuncu təxribat üçün yelkənli yaxtadan və altı nəfərlik komandadan - dənizdə işləmək təcrübəsi olan hərbçilərdən və mülki şəxslərdən istifadə etmək qərarına gəlib. Plana görə, mehriban kruiz illüziyasını yaratmaq üçün komandanın arasında bir qadın da olmalı idi. 

"Məxfi xidmətlər, sualtı qayıqlar, dronlar və peyklərlə əlaqəli bəzi möhtəşəm əməliyyatlar barədə mediada mülahizələr oxuyanda həmişə gülürəm... bütün bunlar gecə içkisi və ölkələri üçün həyatlarını riskə atmaq cəsarəti olan bir neçə insanın dəmir qətiyyəti nəticəsində yaranıb", - deyə təxribatda iştirak edən zabitlərdən biri bildirib. 

2022-ci il sentyabrın 26-na keçən gecə İsveç və Danimarkanın iqtisadi zonalarında "Şimal axını 1” və "Şimal axını 2” sualtı qaz kəmərlərində partlayışlar baş verib. Bundan xəbər tutan Zelenski Zulajnını çağıraraq danlayıb. WSJ həmsöhbətlərinin sözlərinə görə, baş komandan prezidentə bildirib ki, təxribat qrupu Almaniyaya göndərildikdən sonra xarici aləmlə əlaqəsi kəsilib və geri çağırıla bilməz, çünki onunla istənilən əlaqə əməliyyatı təhlükə altına ala bilər. 

"Şimal axını”nda partlayışla bağlı təhqiqat başlayandan sonra Zelenski Kiyevin insidentdə əli olması ilə bağlı ittihamları rədd edib. "Mən müvafiq əmrləri verirəm. Ukrayna belə bir şey etmədi. Mən bunu heç vaxt etməzdim”, - deyə Ukrayna lideri bildirib. 

Öz növbəsində Zalujnı WSJ-yə bildirib ki, o, bu cür əməliyyatlar barədə heç nə bilmir və onun partladılmasında iştirakı ilə bağlı ehtimallar "sadəcə təxribatdır”. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri xarici missiyaları yerinə yetirmək səlahiyyətinə malik deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin