Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkə Prezidenti Əşrəf Qəni mayın 8-də Kabildə məktəb yaxınlığında baş vermiş partlayışla əlaqədar olaraq matəm günü elan edib.
Xatırladaq ki, həmin gün Kabildə üç partlayış baş verib. Nəticədə əksəriyyəti azyaşlı şagirdlər olmaqla, 63 nəfər həlak olub.
MÖVZU İLƏ BAĞLI:
Kabildə partlayış - Ölənlər var - FOTO
Əşrəf Qəni Taliban Hərəkatı, İŞİD kimi cahil qrupların bu cür hücumlarla əfqan uşaqların oxumasını əngəlləməyə və insanların gələcəyə ümidlərini qırmağa çalışdıqlarını vurğulayıb.
Eyni zamanda terrorçuların cavabının veriləcəyini deyib: “Onlar qətlləri dayandırmasalar, insanların daha çox nifrətinə və əfqan təhlükəsizlik qüvvələrinin daha çox təzyiqinə məruz qalacaqlar”.
Prezident partlayış zamanı həlak olanların ailələrinə kompensasiya veriləcəyini bildirib, həmçinin ölkənin Səhiyyə Nazirliyinə yaralananların diqqətdə saxlanılması tapşırılıb.
Xatirə, Bizim.Media