Çexiya Rusiyadan külli miqdarda təzminat tələb edəcək - AÇIQLAMA

Hazırda oxunan: Çexiya Rusiyadan külli miqdarda təzminat tələb edəcək - AÇIQLAMA

20672

Çexiya hökuməti 2014-cü ildə silah anbarında baş vermiş partlayışda Rusiyanı günahlandıraraq 47,5 milyon dollar təzminat tələb edəcəklərini bəyan ediblər.

Bizim.Media xəbər verir ki, Çexiyanın Maliyyə Naziri Alena Şillerova yerli televiziyalardan birinə müsahibəsində bu haqda danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ: Rusiya Çexiya səfirliyinin 20 əməkdaşını persona non-qrata elan etdi


Nazir rəsmi Praqanın beynəlxalq hüquq normalarına uyğun olaraq təzminat alacağını bildirib.

Lakin bir sıra çex siyasətçilər təzminat tələb etmək üçün artıq çox gec olduğunu etriaf ediblər.

Qeyd edək ki, Çexiya aprelin ortalarında 18 rus diplomatı partlayışı törətməkdə ittiham edərək ölkədən xaric edib. Buna cavab olaraq, rəsmi Moskva Çexiyanın bu addımını  əsassız adlandırmaqla, 20 çex diplomatı Rusiyadan qovub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin