İranda hökumətə və rəsmilərə od püskürən “İslam Respublikası” qəzeti prezident Məsud Pezeşkianı hədəfə alaraq parlamentə təqdim etdiyi nazirlərin siyahısını tənqid edənlər sırasına qoşulub.
Bizim.Media xəbər verir ki, qəzet Məsud Pezeşkiana xitab edərək yazıb ki, əgər nazirliklər rəqib siyasi cərəyana veriləcəksə, niyə o cərəyanın tanınmış simalarını əməkdaşlığa dəvət etmirisiniz?
“Yeri gəlmişkən, onların çoxşaxəli funksiyası ola bilər. Məsələn, Səid Cəlili (Xameneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi), Əlirza Zakani (Tehran meri), Əmir Hüseyn Qazızadə (parlament sədrinin keçmiş müavini) hər biri nazir olsa, sizin istəyiniz yerinə yetər, onlar da öz planlarını həyata keçirmək imkanı əldə edərlər. Uğurları sizin adınıza yazılacaq. Uğur qazanmasalar, bununla da kölgəyə çəkiləcəklər”, - qəzet əlavə edib.
Qeyd edək ki, hər üç şəxs prezident seçkilərində Pezeşkianın rəqibi olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:48 / 14.08.2024
İran prezidentinə kinayə: “Niyə rəqiblərinizi nazirlərin siyahısına salmadınız?” - FOTO
Hazırda oxunan: İran prezidentinə kinayə: “Niyə rəqiblərinizi nazirlərin siyahısına salmadınız?” - FOTO
Hazırda oxunan: İran prezidentinə kinayə: “Niyə rəqiblərinizi nazirlərin siyahısına salmadınız?” - FOTO
206640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.