Qərbin atom FOBİYASI – Rusiya Kurskun qisasını nüvə silahı ilə ALACAQ?

Hazırda oxunan: Qərbin atom FOBİYASI – Rusiya Kurskun qisasını nüvə silahı ilə ALACAQ?

206632

Ukraynanın Kursk vilayətinə hücumu fonunda Qərb mətbuatı Rusiyanın nüvə başlıqlarını hazır vəziyyətə gətirdiyini və artıq bəlli hədəflərə zərbə endirmək üçün planın hazır olduğunu bildirir.

"Financial Times” məxfi sənədlərə istinadən yazır ki, Rusiya donanmasını Avropadakı hədəflərə qarşı nüvə başlıqlı raketlər buraxmaq üçün hazırlayıb. Bildirilir ki, Rusiya donanması NATO ilə potensial münaqişə vəziyyətində Avropanın dərinliklərindəki hədəflərə nüvə başlıqları ilə raketlər atmaq üçün təlim keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Kursk vilayətində daha 4 kəndi nəzarətə götürdü - FOTO


Sənədlər Rusiyanın Qərblə münaqişəni necə təsəvvür etdiyini və Qərbi Avropaya qarşı silsilə böyük zərbələr planlaşdırdığını göstərir.

Rusiya Kurska hücuma nüvə zərbəsi ilə cavab verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ukrayna silahlı birləşmələrinin Kursk istiqamətində hücuma keçməsi, həqiqətən də Rusiya üçün böyük problemlər yaradıb:

“Məsələ ondadır ki, Rusiyanın hərbi-siyasi dairələri Ukraynanın bu fəallığını həmin ölkə ordusunun tərkibində olan Pentaqon və Böyük Britaniyanın bilavasitə nəzarətində olan silahlı birləşmələrin əməli kimi dəyərləndirirlər. Bu hadisə ümumiyyətlə planlı şəkildə baş verib. Məqsəd də Sunca şəhəri ətrafındakı qaz paylaşdırıcı stansiyanı ələ keçirib, oradan Avropaya qaz nəqlini dayandırmaq olub. Belədə isə Moskva qazı alan ölkələrə, Slovakiya, Avstriya və Sloveniyaya təzminat ödəməli olacaq.

Proses Ukrayna ərazisində baş versəydi, onda təzminatı Kiyev verməli idi. Nə Kiyev, nə də Moskva bu günə qədər bir-birinə müharibə elan etməyib. Belə olan halda qaz idxalının dayandırılması artıq fors-major sayıla bilmir”.

“Kursk problemi böyüyə bilər”

Ekspert qeyd edir ki, Moskva hadisəni təsadüfi yürüş hesab etmir və ona görə də Rusiya Kurska hücumu özünə qarşı Amerika və Böyük Britaniyanın düşünülmüş təxribatı kimi dəyərləndirir:

“Yaranmış durumda Rusiyanın taktiki nüvə başlıqlarını hazır vəziyyətə gətirməsi də istisna deyil. Ondan Kursk vilayəti ərazisində də istifadə oluna bilər. Hələlik ruslar Kurskdan ukraynalıları vurub çıxara bilmir. Çıxara bilmirsə, deməli problem böyüyə bilər. Kreml günahı tək Ukrayna deyil, həm də ABŞ və Britaniyanın üzərinə atmaqla bildirir ki, lazımi anda istənilən vasitələrdən istifadə edib, ərazini azad edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin