Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Korenevo istiqamətində irəliləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Bild-in hərbi köşə yazarı Julian Röpke iddia edib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ordusu ölkə vətəndaşlarının BU İSTİQAMƏTLƏRDƏ hərəkətinə qadağa qoydu
O qeyd edib ki, Ukrayna qüvvələri Korenevoda irəliləyir və körpübaşını genişləndirməyə çalışır:
“Ukrayna ordusu zirehli transportyorları da Sudjanın şərqindəki Giryi kəndinə gedən yolda görüntülənib.
“Əgər Ukrayna ordusu bu əraziləri işğal edə bilsə, bu, Vladimir Putin üçün dəhşətli uğursuzluq olacaq”.
Bizim.Media