Ukraynanın Rusiya ərazilərinə soxulmaqla bağlı cəsarətli planı Moskvanı dəhşətə saldı. Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Tayms” nəşrinin hazırladığı materialda qeyd olunub.
“Ukraynalılar getdikcə daha çox yaşayış məskəni ələ keçirirlər. Kiyev generalları onların cəsarətli planının baş tutduğuna getdikcə daha çox əmin olurlar. Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı. Gülümsəyən əsgərlərin videolarına baxsaq, onların əyləndiklərini görərik. Lakin əməliyyatın başlanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Ukraynanın son ambisiyalarının nə olduğu bəlli deyil”, - materialda bildirilib.
Nəşr yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər:
“Ya da geri çəkilib, başqa əraziyə hücumu seçə bilər. Niyə görə Ukrayna Rusiyaya hücum etməyə qərar verdi və Zelenski nəyə nail olmağa çalışır?”.
“Tayms” bu il Ukraynanın dəhşətli dərəcədə əziyyət çəkdiyini, hətta ötən ay Kiyevdəki “Oxmatdet” uşaq onkoloji xəstəxanasının da vurulduğunu yazıb:
“Şəhərlərdə elektrik enerjisinin kəsilməsi müntəzəm xarakter alıb və apreldə Kiyevin ən böyük elektrik stansiyasının dağıdılması qarşıda soyuq və qaranlıq qışın olmasını göstərir. Donbasda cəbhə xəttində ukraynalı əsgərlər Rusiyanın atəş gücünə təslim olur, Xarkov isə bombalı hücumlara öyrəşib. Ancaq aylarla uğursuzluqdan sonra Rusiyanın kiçik irəliləyişləri ukraynalılara mənəvi təkan verdi. İki il yarım davam edən amansız müharibədən sonra ukraynalı əsgərlərin Rusiya sərhədini keçməsi ilə bağlı videogörüntülər əhval-ruhiyyəni artırıb”.
Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Sevill bu hücumla Zelenskinin xalqlına və tərəfdaşlarına mesaj da göndərdiyini deyib:
“Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə bağlı müraciətləri rədd etməsi və ABŞ-ın seçkilərin başlanmasına az qalması ilə Ukraynaya yardımın gələcəyi qaranlıq olaraq qalır. Bu, Avropaya və ABŞ-a işarədir: “Biz qalibik, bizi dəstəkləyin. Daha çox silahımız olsaydı, daha çox belə hücumlar edə bilərdik”.
Kursk vilayətində raket təhlükəsi elan edilib. Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Teleqram kanalında məlumat yayıb.
“Kursk bölgəsi. Raket təhlükəsi. Evdəsinizsə, möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmaq lazımdır: dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, - o bildirib.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib və min kv.km ərazini nəzarətə götürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:44 / 13.08.2024
Kursk əhalisinə ÇAĞIRIŞ: "Təcili sığınacaqlara gedin"
Hazırda oxunan: Kursk əhalisinə ÇAĞIRIŞ: "Təcili sığınacaqlara gedin"
Hazırda oxunan: Kursk əhalisinə ÇAĞIRIŞ: "Təcili sığınacaqlara gedin"
Ukrayna'nın Rusya'ya hücum planlarıyla ilgili gelişmeler. Kursk Vilayetindeki raket tehdidi ve Ukrayna ordusunun Kursk'u ele geçirmesi ile ilgili habere göre Kursk valisi halkı sığınmaya çağırıyor.
206442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.