Suriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 94,8 min nəfərin yaşadığı Salamiya şəhərindən 4 kilometr qərbdə olub.
Mənbə yazır ki, zəlzələ Hatay başda olmaqla Türkiyənin ətraf vilayətlərində də hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media