Liverpulda mindən çox avtomobil yandı

Hazırda oxunan: Liverpulda mindən çox avtomobil yandı

206249
İngiltərənin Liverpul şəhərində çoxmərtəbəli avtomobil dayanacağında baş verən yanğın zamanı 1600 yaxın maşın yanıb.

Oxu.Az-ın “Guardian”x9d nəşrinə istinadən məlumatına görə, hadisə “Echo Arena”x9d əyləncə meydanı yaxınlığında baş verib.

İnsident zamanı arenada beynəlxalq at sərgisi keçirilirdi.

Yanğın səbəbindən dördüncü şou təxirə salınıb, heyvanlar təxliyyə edilib.xa0

İlkin araşdırmalar göstərib ki, yanğın təsadüfən avtomobillərdən birində başlayıb, sonra isə digər nəqliyyat vasitələrinə keçib. Dayanacaqdakı avtomobillərin hamısı yanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin