Bayden: “Tramp ABŞ təhlükəsizliyinə əsl təhdiddir”

Hazırda oxunan: Bayden: “Tramp ABŞ təhlükəsizliyinə əsl təhdiddir”

206193

ABŞ-ın hazırkı prezidenti, demokrat Co Bayden Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı Birləşmiş Ştatların “təhlükəsizliyinə əsl təhdid” hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində deyib.

Qeyd olunur ki, Baydenin müsahibəsinin tam versiyası bu gün yayılıb. Lakin müsahibə avqustun 7-də alınıb.

“Bu sözlərimi yadda saxlayın. Əgər Tramp bu seçkilərdə qalib gəlsə, o zaman baş verənlərə nəzarət etməli olacaqsınız. O, təhlükədir. O, Amerikanın təhlükəsizliyinə əsl təhdiddir” – Bayden deyib.

Prezident eyni zamanda bunları da söyləyib:

“Biz doğrudan da dünya tarixində dönüş nöqtəsindəyik. Son üç-dörd ildə qəbul etdiyimiz və yaxın üç-dörd ildə verəcəyimiz qərarlar növbəti altı onilliyin necə olacağını müəyyən edəcək. Və hər şeyin açarı demokratiyadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin