ABŞ KİV: “Rusiya Kursku qorumaq üçün Xarkovdan imtina etməyə HAZIRDIR”

Hazırda oxunan: ABŞ KİV: “Rusiya Kursku qorumaq üçün Xarkovdan imtina etməyə HAZIRDIR”

205970

ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun təhlilinə görə, Rusiya hərbi komandirləri Ukraynanın Kursk bölgəsinə müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq sərhəddə yerləşdirilən mövcud bölmələrə və arxa cəbhədəki çağırışçılara arxalanır.

Bizim.Media xəbər verir ki, bu fikirlər Müharibələrin Araşdırılması İnstitutunun (ISW) analitiklərinin şərhində qeyd olunub.
 

Analitiklərin fikrincə, hazırda Moskva Ukraynanın cəbhənin bu sektorunda Rusiyanın hücumunu pozmasının qarşısını almaq üçün şərqdən qüvvələr köçürməkdən çəkinir.

 

Ukrayna işğalı başlayan zaman Kursk vilayətində rusiyalı çağırışçılar, FSB sərhədçiləri və Rusiya Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən Çeçen Axmat xüsusi təyinatlı dəstələrinin döyüşçüləri fəaliyyət göstərirdi.

Eyni zamanda, analitiklərin yazdığı kimi, Rusiya Müdafiə Nazirliyi, "DXR ordusu"nun 1-ci korpusu və Vaqner qrupunun keçmiş əməkdaşları Ukraynanın daha da irəliləməsinin qarşısını almaq üçün Kursk bölgəsinə göndərilib.

“Ola bilsin ki, Rusiya hərbi komandanlığı hazırda Ukraynanın şərqindən və ya cənubundan Kursk bölgəsinə daha təcrübəli və daha yaxşı təchiz edilmiş qabaqcıl bölmələr aparır, lakin bu cür bölmələrin Kursk bölgəsinə gəlməsi çox güman ki, əlavə vaxt aparacaq”, ISW qeyd edir.

Bununla belə, rus hərbi komandirlərindən biri avqustun 9-da Şimal Qüvvələr Qrupunun 44-cü Ordu Korpusunun hissələrinin Rılsk ərazisində fəaliyyət göstərdiyini iddia edib.

Bu, Rusiya hərbi komandanlığının Şimal Qüvvələr Qrupu tərəfindən toplanmış hissələri Xarkovdan Kurska köçürməsi deməkdir.

“Əgər komandirin bu bəyanatı doğrudursa, deməli Rusiya hərbi komandanlığı Kurskun geri alınmasına daha çox əhəmiyyət verir. Şimal Qüvvələr Qrupunun Kursk bölgəsinə əhəmiyyətli dərəcədə yerləşdirilməsi onu deməyə əsas verir ki, Rusiya hərbi komandanlığı Xarkov vilayətinin şimalında hücum əməliyyatının dayandırılmasını Ukraynanın işğalına adekvat cavab vermək üçün zəruri qurban hesab edib”, məqalədə qeyd olunub.

Bununla belə, analitiklər vurğulayırlar ki, Rusiya qoşunlarının cəbhəyanı ərazilərdən dislokasiyası uzun zaman alacaq. Onlar yalnız bir neçə gündən sonra Kursk bölgəsinə gəlməyə başlaya bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin