ABŞ-ın xüsusi prokurorunun istəyilə Trampın məhkəməsi təxirə salınıb

Hazırda oxunan: ABŞ-ın xüsusi prokurorunun istəyilə Trampın məhkəməsi təxirə salınıb

205950

Kolumbiya dairəsinin federal məhkəməsi Donald Trampın 2021-ci ilin yanvarında ABŞ prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdi iddiası ilə bağlı məhkəmə iclasını sentyabrın 5-nə qədər təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə hakim Tani Çatkenin qərarında bildirilib.

Məlumata əsasən, hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan D.Trampa qarşı daha əvvəl bu iş üzrə ittiham irəli sürən ABŞ-ın xüsusi prokuroru Cek Smit məhkəmədən iclasın təxirə salınmasını istəyib.

Bundan əvvəl iclasın avqustun 16-da keçiriləcəyi planlaşdırılırdı. Gözlənilirdi ki, tərəflər növbəti addımları barədə hakimi məlumatlandıra, prosessual məsələləri müzakirə edib razılığa gələ biləcəklər. Sənədə əsasən, iclas “5 sentyabr 2024-cü ilə qədər təxirə salınıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin