Müharibədə zərər çəkmiş Kursk sakinlərinə 10 min rubl ödəniş EDİLİB

Hazırda oxunan: Müharibədə zərər çəkmiş Kursk sakinlərinə 10 min rubl ödəniş EDİLİB

205946

Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Kursk sərhəd vilayətinin sakinləri 10 min rubl məbləğində ödənişlər almağa başlayıblar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.

"Biz mərmilərdən əziyyət çəkən və evlərini tərk etmək məcburiyyətində qalan Kursk vilayətinin sakinlərinə 10 min rubl məbləğində birdəfəlik ödənişlərin işlənməsi proseduruna başlayırıq", - deyə o, “Telegram”da yazıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk bölgəsindəki hücumlarına görə evini tərk edən hər kəsə birdəfəlik 10 min rubl ödənəcəyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin