BİLD: “Ukrayna Kurskda ələ keçirdiyi əraziləri Xarkovla dəyişə bilər”

Hazırda oxunan: BİLD: “Ukrayna Kurskda ələ keçirdiyi əraziləri Xarkovla dəyişə bilər”

205834

“Ukrayna Rusiya Federasiyasının Kursk vilayətinin işğal olunmuş ərazilərini Xarkov vilayətinin ərazisi ilə dəyişə bilər”. 

Bizim.Media xəbər verir ki, bu iddia ilə “Bild” qəzetinin hərbi müşahidəçisi Julian Röpke çıxış edib.

Onun məlumatına görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində daha səkkiz kəndi, o cümlədən Sudjanın qərbindəki Qonçarovkanı ələ keçirib: 

“Bu gün belə görünür ki, Ukrayna ordusu yaxın günlərdə Sudjanı ələ keçirəcək və hətta oranı bir müddət ərzində əllərində saxlaya biləcəklər. Əgər bu baş verərsə, Ukrayna Kurskda ələ keçirdiyi əraziləri Xarkov vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazilərinə dəyişdirə və ya hətta gələcək danışıqlarda sövdələşmə üçün saxlaya bilər”, - Röpke yazıb.
 

Bundan əlavə, Rusiya və Ukraynanın teleqram kanalları Kursk vilayətinin Rılski rayonunun Oktyabrskoye kəndi yaxınlığında gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin hərbi kolonunun məğlub edildiyini iddia edirlər. 


“Azadlıq” radiosunun məlumatına görə, son 24 saat ərzində Ukrayna hərbçiləri Kursk vilayətində 30 km-dən çox irəliləyib. Lqovuna doğru təxminən 7 km irəliləmənin olduğu da bildirilir. Kurska ən yaxın hərbi toqquşma məntəqələri rayon mərkəzindən 50 km-dən az məsafədədir. Cəbhə xəttindən mülki əhalinin kütləvi təxliyəsinin başlanıldığı Lqovaya qədər olan məsafə isə cəmi 10 km-dir.

Məlumat üçün qeyd edək ki, Rusiyadan Avropaya qaz nəqlinin həyata keçirildiyi mərkəz Sudja şəhərində yerləşir.

Xatırladaq ki, Rusiya Fövqəladə Hallar Nazirliyi avqustun 9-da Ukrayna qoşunlarının dörd gündür irəlilədiyi Kursk vilayətində fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin