“Vaşinqton Tehrana xəbərdarlıq edib ki, əgər İsrailə qarşı geniş hücuma keçərsə, İranın yeni hökuməti və ölkə iqtisadiyyatı ağır zərbə ala bilər”.
Bizim.Media xəbər verir ki, “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat verib.
Amerikalı rəsmilər bildiriblər ki, Tehrana göndərilən mesaj İranın hərbi əməliyyatlarla hədələnməsi deyil, İsrailin müharibəyə çəkilməsi və İrana qarşı hərbi cavaba təhrik olunması təhlükələri barədə olub.
Qəzet vurğulayıb ki, ABŞ xəbərdarlığında İrana aprel ayında olduğu kimi İsraili müdafiə etmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu açıqlayıb.
“Amerikanın İrana mesajı həm birbaşa, həm də vasitəçilərlə çatdırılıb. İran geniş hücuma əl atsa, bölgədə eskalasiya riski olacaq. Biz İrana hücum halında hökumətin iqtisadi-çöküşü və qeyri-sabitliyi haqda məlumat verdik”, - ABŞ rəsmiləri qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:32 / 09.08.2024
ABŞ-dan XƏBƏRDARLIQ: “İran İsrailə hücum keçsə, ağır zərbə alacaq”
Hazırda oxunan: ABŞ-dan XƏBƏRDARLIQ: “İran İsrailə hücum keçsə, ağır zərbə alacaq”
Hazırda oxunan: ABŞ-dan XƏBƏRDARLIQ: “İran İsrailə hücum keçsə, ağır zərbə alacaq”
205813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.