ABŞ İsrailə əməliyyat üçün icazə verməyəcək - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: ABŞ İsrailə əməliyyat üçün icazə verməyəcək - RƏSMİ AÇIQLAMA

205775

Dövlət Departamenti Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Vaşinqtonun İsrailin istənilən növ hərbi əməliyyat keçirməsinə icazə verməyə hazır olması ilə bağlı iddiaları rədd edib.

Bizim.Media xəbər verir ki, gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu məsələyə aydınlıq gətirib.

O, danışıqların birinci mərhələsindən sonra Vaşinqtonun İsrailin hər hansı bir əməliyyat keçirməsinə icazə verməyə hazır olması ilə bağlı fikirlərin həqiqəti əks etdirmədiyini deyib.
 

"Mən bunun nə ilə bağlı olduğunu bilmirəm. Biz sazişin şərtləri haqqında dəfələrlə danışmışıq və bu şərtlər saziş bağlandıqdan sonra altı həftə ərzində atəşkəs əldə etməyi nəzərdə tutur. Altı həftəlik atəşkəs bitməzdən əvvəl biz onun uzadılması və sövdələşmənin ikinci mərhələsinə keçilməsi üçün çalışacağıq”, - deyə Metyu Miller bildirib.


Onun sözlərinə görə, ABŞ atəşkəs rejiminin uzadılmasını və nəticədə münaqişəyə son qoyulmasını istədiyini açıq şəkildə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin