Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada iki günlük beynəlxalq konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, “Nazione” hərəkatının təşkilatçılığı ilə keçirilən konfransda müstəqillik hərəkatlarının təmsilçiləri Fransanın işğalı altında olan müstəmləkələrin qarşılaşdığı problemləri çatdırıblar.
Müzakirələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayaraq dekolonizasiya prosesinin dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirildiyi xüsusi vurğulanıb.
İştirakçılar Azərbaycanın, o cümlədən Bakı Təşəbbüs Qrupunun dekolonizasiya istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dünyanın müxtəlif ölkələrində dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfransların təşkil edildiyini məmnunluqla qeyd ediblər.
Tədbir iştirakçıları səylərin birləşdirilməsinin, birgə təşəbbüslərin irəli sürülməsinin, o cümlədən kolonializm məsələsinin daha ciddi şəkildə beynəlxalq təşkilatlar qarşısında qoyulmasının vacibliyini bildiriblər.
Fransanın işğal altında saxladığı ərazilərdə kütləvi şəkildə insan hüquq və azadlıqlarını pozduğu, insanların fundamental hüquqlarına hörmət etmədiyi bir daha vurğulanıb və bu kimi qeyri-qanuni fəaliyyətlər qınanıb.
Tədbir iştirakçıları Fransa hökumətinə çağırış edərək, beynəlxalq öhdəliklərinə əməl etməsi tələb olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:52 / 08.08.2024
Fransa müstəmləkəsində olan xalqların təmsilçilərinin Korsikada beynəlxalq konfransı keçirildi – FOTO
Hazırda oxunan: Fransa müstəmləkəsində olan xalqların təmsilçilərinin Korsikada beynəlxalq konfransı keçirildi – FOTO
Hazırda oxunan: Fransa müstəmləkəsində olan xalqların təmsilçilərinin Korsikada beynəlxalq konfransı keçirildi – FOTO
Fransa müstəmləkəsində olan xalqların təmsilçilərinin Korsikada iki günlük beynəlxalq konfransı keçirilib. Konfransda müstəqil hərəkatların təmsilçiləri Fransanın işğalı altında olan müstəmləkələrin problemlərini çözmək üçün bir araya gəlib dekolonizasiya prosesini vurğulayıblar. Azərbaycanın dekolonizasiya istiqamətində göstərdiyi dəstəyi qeyd edərək, Fransa hökumətinə beynəlxalq öhdəliklərinə əməl etməsi çağırış ediblər.
205692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.